Ermənistana güclü qar yağıb

Ermənistana güclü qar yağıb
  25 May 2022    Oxunub:560
Ermənistanda insanların güclü istilər gözlədiyi vaxtda anormal miqdarda qar yağıb.AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Saytlar "Hydro-Air" Monitorinq Mərkəzinin direktor müavini Qaqik Surenyana istinad ediblər. O, özünün Facebook səhifəsində video yerləşdirərək yazıb ki, “Bu səhər Araqatsotn rayonunun Xnaberd kəndinə belə bir anormal qar yağıb”.
Bəzi mətbu orqanları nəinki dünyada, regionda ciddi iqlim dəyişikliklərinin getdiyini yazıb. Qeyd edilir ki, "görünür bu iqlim dəyişikliyindən ən çox Ermənistan əziyyət çəkəcək. May ayında yanvar qarı ilə üzləşmək təkcə kəndlərdə təsərrüfata deyil, insanların səhhətinə də mənfi yöndən surətlə təsir edəcək".

Tural Tağıyev
AzVision.az


Teqlər: Qar   Ermənistan  





Xəbər lenti