“Azov”un komandiri həyat yoldaşına zəng etdi:" Zorakılığa məruz qalmırıq"

 “Azov”un komandiri həyat yoldaşına zəng etdi:" Zorakılığa məruz qalmırıq"
  25 May 2022    Oxunub:422
" “Azovstal”ın ukraynalı əsgərləri “qənaətbəxş” şəraitdə saxlanılır. Onlar işğalçılar tərəfindən zorakılığa məruz qalmırlar".
“Azov” alayının komandiri Denis Prokopenko həyat yoldaşı ilə əlaqə saxlayıb. Bu barədə The Guardian və AP xəbər verir.

"Yaxşı olduğunu dedi və necə olduğumu soruşdu"deyə Katerina Prokopenko qısa telefon danışığının oluğunu və əlaqənin kəsildiyini bildirib.

Prokopenkonun sərbəst danışıb-danışa bilmədiyi məlum deyil. Qadın əlavə edib ki, əsir düşən əsgərlərin saxlanma şəraiti ilə bağlı başqa mənbələrdən də məlumat var. Onun sözlərinə görə, şərait “qənaətbəxşdir”. Ukraynalılara yemək verilir, su verilir, ən azından məhbuslar əvvəllər zorakılığa məruz qalmayıb.

Katerina vurğulayıb ki, Ukrayna və Rusiya hökumətləri Qızıl Xaç təşkilatının vasitəçiliyi sayəsində ərinin telefon danışığını koordinasiya edib.

Prokopenko bildirib ki, yaralı əsgərlərin əksəriyyəti Yelenovka həbsxanasındadır, ağır yaralılardan ibarət kiçik qrup isə Novoazovskdakı xəstəxanadadır.

Katerina Prokopenko və digər Azov zabiti Arseni Fedosyukun həyat yoldaşı Yuliya AP-yə bildiriblər ki, Ukrayna və Rusiya arasında müqavilələr ölən əsgərlərin düzgün dəfn edilməsini və hərbi əsirlər üçün müəyyən şərtləri, xüsusən də ailə üzvlərinə zəng etmək imkanını nəzərdə tutur. Artıq iki gün ərzində bir neçə ailəyə hərbçilərdən zənglər gəlib.

Xatırladaq ki, mayın 17-də Ukrayna Müdafiə Nazirliyi “Azovstal” zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi üzrə əməliyyata başladığını elan edib.

Anlaşma Memorandumuna əsasən, mayın 16-da 53 ağır yaralı Azovstaldan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib. Daha 211 nəfər humanitar dəhlizlə Yelenovkaya aparılıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti