"İnfeksiyaları uzun müddətə bloklayan vaksinlər yaradın"

   "İnfeksiyaları uzun müddətə bloklayan vaksinlər yaradın"
  24 May 2022    Oxunub:711
Məşhur amerikalı milyarder və Microsoft-un həmtəsisçisi olan Bil Qeyts Davos iqtisadi forumunda çıxışı zamanı diqqət çəkən açıqlama verib. O deyib ki, gələcək pandemiya ilə mübarizə istehsalçılardan infeksiyaları uzun müddətə bloklaya biləcək vaksinlər hazırlamağı tələb edir.
"Gələn il koronavirusdan ölümlər azalacaq" - Bill Qeyts  
- Bizim infeksiyanı uzun müddətə bloklayan peyvəndlərə ehtiyacımız var. Bu gün vaksinlər milyonlarla insanın həyatını xilas edir. Lakin onlar infeksiyaların yayılmasının qarşısını almaqda təsirli deyil, - Qeyts deyib.

O, gələcəkdə pandemiyanın qarşısının alınmasından danışarkən qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizəyə, eləcə də onların diaqnostikasına investisiya qoyuluşunu xeyli artırmaq lazımdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Peyvənd   Pandemiya  





Xəbər lenti