Böyük Britaniyada meymunçiçəyinə yoluxma sayı artıb

   Böyük Britaniyada meymunçiçəyinə yoluxma sayı artıb
  24 May 2022    Oxunub:296
Böyük Britaniya Səhiyyə Agentliyi (UKHSA) yeni təhlükəli virus olan meymunçiçəyi ilə bağlı açıqlama yayıb. Məlumatda deyilir ki, Böyük Britaniyada məlum xəstəliyə yoluxma sayı 71-ə çatıb.
Agentliyin məlumatına görə, İngiltərədə daha 14 şəxsdə meymunçiçəyi aşkarlanıb.

- Şotlandiya İctimai Səhiyyəsi isə bazar ertəsi günü bir meymunçiçəyi yoluxması halının olduğunu təsdiqləyib. Bununla da Böyük Britaniyada aşkar edilmiş xəstələrin ümumi sayı 71-ə çatdı, - açıqlamada deyilir.
Eyni zamanda, mayın 23-nə olan məlumata görə, Uels və Şimali İrlandiyada hələlik bu xəstəliyə yoluxma halı aşkarlanmayıb.

Tural Tağıyev
AzVision.az

Teqlər: Böyük-Britaniya   Xəstəlik  







Xəbər lenti