"Qarşıda Ukraynanı çox çətin ay gözləyir" - Denisenko

   "Qarşıda Ukraynanı çox çətin ay gözləyir" -     Denisenko
  24 May 2022    Oxunub:319
Qarşıda Ukraynanı Donbass uğrunda həlledici döyüşlərlə bağlı çox çətin ay gözləyir. AzVision.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
- İlk üç ayda əldə etdiyimiz bütün nailiyyətlərə baxmayaraq, indi bu müharibənin bəlkə də ən çətin mərhələlərindən biri qarşıdadır... Təbii ki, aktiv faza çox uzun sürə bilməz. Lakin hələ də müəyyən müddət ərzində aktiv faza olacaq, - Ukrayna rəsmisi deyib.

O həmçinin qeyd edib ki, "Donbass uğrunda bu böyük döyüşlərin nəticələrindən asılı olaraq, hara gedəcəyimizi demək mümkün olacaq".

Tural Tağıyev
AzVision.az

Teqlər: Ukrayna  







Xəbər lenti