KFC Pepsi məhsulları əvəzinə rus limonadları təklif edir

KFC Pepsi məhsulları əvəzinə rus limonadları təklif edir
  24 May 2022    Oxunub:322
KFC fast-fud restoranlar şəbəkəsi "PepsiCo" şirkətinin Rusiyada içki satışını dayandırdığını elan etməsindən sonra menyuya "Çernoqolovka" limonadlarını salıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, saytda daha ənənəvi "PepsiCo" içkiləri təklif olunmur. Nə "7Up", "7Up Mojito", "Pepsi", nə də "Mirinda"nı sifariş etmək olmur. Onların yanında "sonra olacaq" işarəsini görmək olar. Bunun əvəzinə menyuya Rusiya istehsalı "Çerniqolovka" məhsulları olan "Kola", "Düşes", "Baykal" və portağal dadlı orijinal limonad salınıb.

Xatırladaq ki, martın əvvəlində "PepsiCo" Rusiyada reklam və içki satışını dayandırdığını bəyan etdi. Şirkət eyni zamanda işçilərinin və onların ailələrinin təhlükəsizliyini təmin etmək üçün Ukraynada da fəaliyyətini dayandırıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti