Ukraynada daha bir Rusiya generalı öldürüldü

   Ukraynada daha bir Rusiya generalı öldürüldü
  24 May 2022    Oxunub:329
Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynada öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Vaxtilə K.Botaşevin tabeçiliyində xidmət etmiş 3 hərbçi generalın ölümünü təsdiqləyiblər.

Qeyd edək ki, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Luqansk vilayətinin səmasında Su-25 təyyarəsinin vurulmasına dair məlumat yaymışdı. Bildirilmişdi ki, pilot katapult edə bilməyib.

AzVision.az

Teqlər: Ukrayna  







Xəbər lenti