Tufana düşən Azərbaycan təyyarəsində həyəcanlı anlar - VİDEO

   Tufana düşən Azərbaycan təyyarəsində həyəcanlı anlar -    VİDEO
  24 May 2022    Oxunub:346
Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə tufanla əlaqədar Naxçıvan hava limanına eniş edə bilməmişdi. Nəticədə, Bakıya qayıtmaq barədə qərar qəbul edilib və təyyarə 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Məlum olub ki, təyyarə Bakı səmasında olduğu vaxtda əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb. Təyyarənin göyərtəsində olan sərnişinlər həyəcanlı anlar keçiriblər. Həmin vaxt təyyarənin göyərtəsində çəkilən videogörüntüləri təqdim edirik:



AzVision.az

Teqlər: AZAL  







Xəbər lenti