“Mən uşaqları və qocaları öldürmürəm”: Filippin prezidenti Putini tənqid etdi

   “Mən uşaqları və qocaları öldürmürəm”:   Filippin prezidenti Putini tənqid etdi
  24 May 2022    Oxunub:460
Filippin prezidenti Rodriqo Duterte Rusiya lideri Vladimir Putini Ukraynada günahsız dinc sakinlərin qətlinə görə tənqid edib. AzVision.az xəbər verir ki, bu barədə "AP" məlumat yayıb.
Prezident peyvənd vurdurmayanları həbslə hədələyib
Davaoda cinayətkarların qısamüddətli edamını dəstəklədiyi üçün qatil və cəllad ləqəbi almış Duterte deyib ki, həm ona, həm də Putinə qatil deyirlər, lakin onlar arasında fərq var.

“Mən cinayətkarları məhv edirəm, uşaqları və qocaları öldürmürəm".

Maraqlıdır ki, əvvəllər Putini açıq şəkildə kumir və dost adlandıran Duterte Rusiyanın Ukraynaya təcavüzünü ilk dəfə pisləyib.

Məqalədə qeyd edilir ki, o, Rusiya prezidentini işğala görə qınamadığını, lakin Putinin istifadə etdiyi “xüsusi əməliyyat” təyinatı ilə razılaşmadığını vurğulayıb. Dutertenin sözlərinə görə, əslində bu, suveren dövlətə qarşı genişmiqyaslı müharibədir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Filippin   Ukrayna   Putin  







Xəbər lenti