Həcc ziyarətinin tarixi və qiyməti müəyyənləşdi

   Həcc ziyarətinin tarixi və qiyməti müəyyənləşdi
  24 May 2022    Oxunub:387
Bu il Azərbaycandan Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.


Bu barədə AzVision.az -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, sabahdan Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır:
"Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-ə qədər olması nəzərdə tutulur. Qiymət isə 9 202 manat müəyyən olunub. Zəvvarlar Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. 65 yaşdan yuxarı olanların Həcc ziyarətinə getməsinə icazə verilmir”.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti