"Meymunçiçəyi ağciyər infeksiyası, sepsis və korluğa səbəb ola bilər" - Türkiyəli professor

   "Meymunçiçəyi ağciyər infeksiyası, sepsis və korluğa səbəb ola bilər"   - Türkiyəli professor
  24 May 2022    Oxunub:459
Meymunçiçəyi xəstəliyinin simptomları 2-4 həftə davam edir və adətən müalicə olmadan öz-özünə yox olur. Lakin xəstəlik həm də ağır ola bilər və ağciyər infeksiyası, sepsis, beyin, buynuz qişa infeksiyasına (korluğa səbəb ola bilər) kimi ağırlaşmalara da səbəb ola bilər.
AzVision.az xəbər verir ki, bunu yoluxucu xəstəliklər və mikrobiologiya üzrə türkiyəli mütəxəssis, prosessor Kıvanç Şerefhanoğlu deyib. O bildirib ki, virus uşaqlarda ağırlaşmalara səbəb ola bilər:

"Xəstəlikdən ölüm halları 3-6 faiz arasındadır. Bu xəstəlik əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrindəki heyvanlarda müşahidə edilir və bəzən digər bölgələrə də yayıla bilir. Virusun insandan insana keçməsi xəstəlik yaraları, tüpürcək, qan, bəlğəm və yaxın təmasdan keçir".

Professor bildirib ki, meymunçiçəyi virusu hamilə qadınlarda plasenta vasitəsilə anadan körpəyə də keçə bilər:

“Çiçək xəstəliyinə qarşı istifadə edilən peyvəndlər bu virusa qarşı da təsirlidir. Ona görə çiçək xəstəliyinə qarşı peyvənd olunanlar bu virusdan qorunurlar və ya daha xəstliyi yüngül xəstəlik keçirirlər".



K.Şerefhanoğlu meymunçiçəyi xəstəliyinə qarşı yeni peyvəndin hazırlanaraq istifadəyə verildiyini də vurğulayıb:
"Çiçək xəstəliyində istifadə edilən "Tecovirimat" adlı virus əleyhinə dərmanın da meymunçiçəyi xəstəliyində istifadəsinə icazə verilib. Meymunçiçəyi virusundan qorunmaq üçün şübhəli hallarda yaxın təmasdan qaçınılmalı, xəstəyə aid çarşaf, dəsmal kimi materiallara mümkünsə çılpaq əllə toxunulmamalıdır. Xəstə ilə yaxın təmasda olduqda maska ​​taxılmalıdır”.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti