"Rusiya Ukraynanın 20 faiz ərazisini işğal edib "- Forbes

   "Rusiya Ukraynanın 20 faiz ərazisini işğal edib "-    Forbes
  24 May 2022    Oxunub:377
Rusiya Ukrayna ərazisinin təxminən 20 %-ni işğal edib. AzVision.az xəbər verir ki, bu barədə "Forbes" yazıb.
Robot Azov sahilini minalardan belə təmizləyir - VİDEO
Müəllif yazır ki, işğal 23 fevral tarixində 43,300 kv. km və ya Ukrayna ərazisinin 7%-ni təşkil edirdi. İndi bu ərazi 2,9 dəfə böyüyüb. Hazırda işğal 125.000 kvadrat kilometrə bərabərdir.

Məqalədə qeyd edilir ki, 2014-cü ildən bəri Rusiya ordusu o qədər Ukrayna torpaqlarını ələ keçirib ki, onların ümumi sahəsi Macarıstan və Bolqarıstanın birgə ərazilərindən də çoxdur. İşğal olunmuş ərazilərlə bağlı rekord isə 2022-ci ildə yaşandı. Ukraynanın müvəqqəti nəzarət olunmayan ərazilərinə Krım, Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye vilayətlərinin bir hissəsi və Sevastopol şəhəri daxildir.

Müharibənin gedişində Ukrayna Silahlı Qüvvələri Kiyev, Çerniqov, Sumı, Nikolayev və Jitomir vilayətlərini ruslardan tamamilə azad etməyi bacarıb. Ukraynanın ümumi ərazisi isə 603 548 kv. kilometrdir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Rusiya   Ukrayna   İşğal  







Xəbər lenti