Niderlandın baş naziri: “Ukraynanın namizəd statusu almaq şansı azdır”

      Niderlandın baş naziri:    “Ukraynanın namizəd statusu almaq şansı azdır”
  24 May 2022    Oxunub:324
Niderland Krallığının Baş naziri Mark Rutte hesab edir ki, Ukraynanın tezliklə Avropa İttifaqına üzvlüyünə namizəd statusu almaq şansı azdır.
AzVision.az -ın məlumatına görə, bu barədə “NL Times” onun parlamentdəki çıxışına istinadən xəbər verib. Rutte qeyd edib ki, Rusiyanın hərbi əməliyyatı başlamazdan əvvəl Ukrayna namizəd statusundan çox uzaqda idi. Onun sözlərinə görə, Ukraynaya statusun verilməsi hələ də bunu gözləyən Balkan ölkələri üçün ədalətsizlik olardı.

Baş nazir hesab edir ki, Ukrayna Aİ üzvlüyünə potensial namizəd ola bilər? “Lakin, Kiyev Ukrayna hakimiyyətini demotivasiya etməmək üçün bu statusu əldə etmək üçün hansı tədbirlərin zəruri olduğunu izah etməlidir”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Ukrayna  







Xəbər lenti