Qazi adı ilə dilənçilik edənə 30 sutka həbs verildi

   Qazi adı ilə dilənçilik edənə 30 sutka həbs verildi
  24 May 2022    Oxunub:308
Bakıda qazi adı ilə dilənçilik edən şəxsə 30 sutka həbs cəzası verilib.
Nəsimi rayonu Ağadadaş Qurbanov və Salayev küçələrinin kəsişməsində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov barəsindəki protokola Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə ona 30 sutka inzibati həbs cəzası təyin edib.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Ümid Məmmədovun görüntülərini yayıb. Bildirilib ki, o, daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədovun daha əvvəl də bir neçə dəfə müxtəlif əməllərə görə tutulduğu qeyd edilib.(Qafqazinfo)

AzVision.az

Teqlər:







Xəbər lenti