Ukraynalılar "kadırovçular"ı "ət maşını"na saldılar - VİDEO

   Ukraynalılar    "kadırovçular"ı    "ət maşını"na saldılar -    VİDEO
  24 May 2022    Oxunub:1362
Ukrayna mediası Rusiya qoşunlarının verdiyi itkilərə dair yeni video yayıb. AzVision.azxəbər verir ki, saytlar bu dəfə daha çox "kadırovçular" kimi tanınan çeçen döyüşçülərin öldürüldüyünü yazıblar.
Ukrayna Ordusu: "Kadırovçu"lara ağır zərbə vurulub"
Bildirilir ki, 57-ci briqadanın əsgərləri Luqansk vilayətində “kadırovçuları” və digər muzdluları uğurlu şəkildə məhv ediblər.

"Dronla qeydə alınan görüntülərdə mövqelərimizə hücum etməyə cəhd edən düşmən ordunun xüsusi bölməsinin verdiyi itkilər əks olunub. Uğurlu əməliyyatı reallaşdıran qəhrəman hərbçilərimiz əsasən "kadırovçulardan" ibarət olan muzdluları, işğalçı qrupları yerindəcə məhv ediblər. Onlar ya meyitləri döyüş meydanında qoyub qaçıblar, ya da özləri üçün vacib saydıqları hansısa komandir və ya zabitlərin cəsədlərini sürüyərək avtomobilə yükləyiblər. Hücuma keçən işğalçıların tələyə düşərək məhv edilməsi əməliyyatı Ukraynanın müxtəlif bölgələrində dəfələrlə uğurlu şəkildə icra olunub", - məqalədə yazılıb.

Müəllif qeyd edir ki, hərb dilində "ət maşını" adlandırılan əməliyyatdan sağ çıxmaq ehtimalı xeyli azdır. Əgər 40 əsgər hücum edərkən tələyə düşərək dörd bir tərəfdən atəşə məruz qalırsa, oradan yalnız 4-5 nəfərin geri qayıtması mümkündür.


Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada müharibə başlayandan bəri döyüş bölgələrinə xeyli sayda çeçen döyüşçü göndərib. O, dəfələrlə sosial şəbəkələrdə paylaşım edərək əsgərlərinin itki vermədiyini, əksinə uğurla fəaliyyət göstərdiklərini iddia edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Çeçenistan   Kadırovçu  





Xəbər lenti