Ukrayna Ordusu: "150 rus hərbçisi öldürülüb"

      Ukrayna Ordusu:    "150 rus hərbçisi öldürülüb"
  24 May 2022    Oxunub:823
Son sutka ərzində Ukraynada 150 rus hərbçisi öldürülüb və doqquz tank vurulub. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, hazırda Rusiyanın canlı qüvvəylə bağlı ümumi itki sayı 29 350 nəfərə çatıb. Həmçinin son 24 saat ərzində iki artilleriya sistemi, bir təyyarə, dörd əməliyyat-taktiki pilotsuz uçuş aparatı, iki qanadlı raket və yeddi texnika sıradan çıxarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti