Şoyqunun müavininin qardaşı oğlu Ukraynada öldü

   Şoyqunun müavininin qardaşı oğlu Ukraynada öldü
  23 May 2022    Oxunub:1167
Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun müavini, İnquşetiyanın keçmiş rəhbəri, general – polkovnik Yunus-Bek Yevkurovun qardaşı oğlu Adam Xamxoyev Ukraynada keçirilən hərbi əməliyyat zamanı ölüb.
AzVision.az xəbər verir ki, bu barədə İnquşetiya Respublikasının rəhbəri Mahmud-Əli Kalimatov özünün Teleqram kanalında məlumat verib.

O, Xamxoyevin Rusiyanın ən yaxşı hərbi təhsil müəssisələrindən birini - Ryazan Hava Desant Qüvvələrinin Ali Komandanlıq Məktəbini bitirdiyini, Ulyanovskda hərbi xidmət keçdiyini və parlaq zabit və bacarıqlı komandir kimi səciyyələndiyini qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti