Bakıda bu yol da bağlanır

Bakıda bu yol da bağlanır
  23 May 2022    Oxunub:633
Formula 1 üzrə Azərbaycan qran pisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq – Neftçilər prospektinin kəsişməsi mayın 23-də saat 23:00-dan yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Yolun bağlanması yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır. Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur.

Azərbaycan qran-prisi 10-12 iyunda keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti