Hindistanlı turistin axtarışına 11 qrup cəlb olundu

   Hindistanlı turistin axtarışına 11 qrup cəlb olundu
  23 May 2022    Oxunub:932
Zaqatalada dağlıq ərazidə itkin düşən Hindistan vətəndaşının axtarışları davam etdirilir.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin “DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib.

M.Mənsimov bildirib ki, itkin düşən hindistanlı turistin axtarışlarına DİN, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət hər birində 10 nəfər olmaqla 11 qrup cəlb olunub. Hazırda həmin şəxsin itkin düşdüyü ehtimal edilən çətin relyefə malik dağlıq ərazilərdə axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub. (APA)

AzVision.az



Teqlər:





Xəbər lenti