"PUA-larımız Qarabağda ölüm maşını kimi təqdim edildi" - Ərdoğan

   "PUA-larımız Qarabağda ölüm maşını kimi təqdim edildi" -    Ərdoğan
  23 May 2022    Oxunub:1060
"Ukraynada uğurlarına görə adına mahnılar bəstələnən PUA-larımız Qarabağ müharibəsində günahsız insanları qətlə yetirən ölüm maşınları kimi təqdim edilirdi". AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu gün Türkiyənin NATO-nun təhlükəsizliyinə töhfələr verdiyini tərifləyənlər dünənə kimi Liviyada və Suriyada atdığımız addımlara görə ölkəmizi sərt şəkildə tənqid edirdilər", - Ərdoğan vurğulayıb.

Bu ildən etibarən ölkəsində hər il sualtı qayıqlardan birinin istifadəyə veriləcəyini açıqlayan Türkiyə Prezidenti deyib: “2027-ci ilə qədər donanmamıza altı sualtı qayıq əlavə edəcəyik. Biz bu nailiyyətlərə əhəmiyyət veririk, lakin onları yetərli hesab etmirik. Dənizlərdə gücümüzü gücləndirəcək sualtı qayıqlarımızın istehsalında əməyi olan hər kəsə təşəkkür edirəm. Müdafiə məhsullarından tutmuş dizaynlara qədər lokallaşdırma nisbətlərimizi ən yüksək səviyyəyə çatdırmağı hədəfləyirik”.

AzVision.az


Teqlər:





Xəbər lenti