Qətərin Fransadakı səfirliyinin mühafizəçisi diplomatik nümayəndəliyin qarşısında öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən BFM telekanalı məlumat yayıb. Qeyd olunub ki, zərərçəkən aldığı zərbələrdən dünyasını dəyişib. Mənbənin bildirdiyinə görə, şübhəli şəxs saxlanılıb, o, ümumi cinayətlərə görə məsuliyyətə cəlb edilib.
Polisin dediyinə görə, cinayətkar psixiatriya qeydiyyatında olmayıb, lakin müstəntiqlərin fikrincə, onun psixi pozuntuları var.