Şəmkirdə şahmat turnirinə start verildi

  19 Aprel 2014    Oxunub : 588
Şəmkirdə şahmat turnirinə start verildi
Bu gün Şəmkirdə Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə beynəlxalq şahmat turnirinə start verilib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, "Synergy Group"un təşkilatçılığı ilə baş tutan nüfuzlu yarışa ulduz şahmatçılar qatılıb.

Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, beynəlxalq reytinq siyahısında üst pillələrdə olan Fabiano Karuana, Hikaru Nakamura, Sergey Karyakin, o cümlədən, azərbaycanlı qrossmeysterlər, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov iştirak edəcəkdir.

"A" turnirinin mükafat fondu 100 min avro təşkil edir. 30 min avroluq mükafat fonduna malik "B" turnirinə isə 10 şahmatçı qatılacaq. Şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group"un təşkil etdiyi mötəbər yarış 10 gün davam edəcək.

Teqlər: