"Azərbaycanın Dayanıqlı İnkişada sadəqəti çox möhkəmdir"- BMT- nin müşaviri
O bildirib ki, əhalinin ən həssas qruplarının hüquqlarının qorunması, onların ədalətə olan çıxışı bizim üçün çox önəmlidir, BMT-i üçün əsasıdır.
"BMT və Azərbaycan tərəfindən 2021-2025-ci illər bağlı saziş mərhələli şəkildə həyata keçirilir. Bizim ölkədə həssas qrupların ədalət çıxışı təmin olunması istiqamətində işlər aparılır. Bu məqsədlə bizim Qeyri Hökmət Təşkilatları ilə və Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi sıx əməkdaşlıq edirik. Yaxın vaxtlarda Agentliklə momeramdum imzalanacaq",-müşavir deyib.
O qeyd edib ki, həmçinin Azərbaycan höküməti Dayanıqlı inkişaf Məqsədlərinə böyük önəm verir:
"Azərbaycan hökuməti indiyə qədər də hesabatlar verib. Bu yaxınlarda Azərbaycan höküməti yeni hesabatını verməyə hazırlaşır. Bu da onu göstərir ki, Azərbaycan hökümətinin Dayanıqlı İnkişada sadəqəti çox möhkəmdir. Hökümət məsələni çox ciddi qəbul edir. Düşünürəm 2030-cu ilə qədər Azərbaycan bu məsələrdə dünyada ən qabaqda olan ölkələrdən olacaq".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: