Rusiyadan çıxan brendləri Türkiyə şirkətləri əvəzləyəcək

 Rusiyadan çıxan brendləri Türkiyə şirkətləri əvəzləyəcək
  23 May 2022    Oxunub:1064
Rusiya və Türkiyə Rusiya Federasiyasından çıxan brendlərin türk markaları ilə əvəzlənməsi ilə bağlı danışıqların yeni mərhələsinə qədəm qoyurlar.
AzVision.az xəbər verir ki, bunu Rusiya Ticarət Mərkəzləri Şurasının prezidenti Dmitriy Moskalenko bildirib. Onun sözlərinə görə, cari ilin payızda Rusiyanın pərakəndə satış sahəsində 3 milyon kv. m, 420 futbol meydançasına bərabər ərazi boşalacaq:

“Hələ Rusiyada olmayan türk markaları üçün biz Moskvadan başlayaraq ən yaxşı ticarət mərkəzləri ilə tanış olmaq imkanı veririk. Türk şirkətlərinin uzun müddət Rusiyada qalması və sərfəli investisiyalar etməsi üçün danışıqlar aparırıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti