Ermənistanda aksiya keçirən müxalifətçilərə yumurta atdılar - VİDEO

   Ermənistanda aksiya keçirən müxalifətçilərə yumurta atdılar -    VİDEO
  23 May 2022    Oxunub:1788
Ermənistanda müxalifətin təşkil etdiyi etiraz aksiyaları zamanı insident yaranıb. AzVision.az xəbər verir ki, müxalifətin "Müqavimət" hərəkatının səhər saatlarında Yercan-Artaşat yolundakı avtoyürüşü zamanı vətəndaşlar onları yumurta atəşinə tutublar.
Ermənistan müxalifəti avtomobillərlə aksiya keçirir - CANLI
Bununla bağlı yayılan videoda sürücülərdən biri polisə şikayət edərək deyir ki, vətəndaş onun maşınına binadan yumurtalar.

- Lyuk" açıq idi, bəziləri başıma düşdü, - müxalifətçi gileylənib.

Xatırladaq ki, bu gün səhər saatlarından başlayaraq "Müqavimət" hərəkatı itaətsizlik aksiyaları və avtoyürüşlər keçirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Müxalifət   Ermənistan  





Xəbər lenti