Azərbaycanla BMT arasında memarandum imzalanacaq

   Azərbaycanla BMT arasında memarandum imzalanacaq
  23 May 2022    Oxunub:408
"Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında bu il iyunun 13-də memarandum imzalanacaq".
AzVision.az xəbər verir ki, bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, Agentlik bir ilə yaxındır ki, fəaliyyət göstərir.

"Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans keçirdik. Orada QHT-lərlə görüşlər keçirdik. Vəziyyət bizim istədiyim kimi deyil, qənaət bəxş sayılmır",-A. Əliyeva deyib.

Şahanə Rəhimli

AzVision.az

Teqlər:







Xəbər lenti