Xəstəxanaya yerləşdirilən sabiq nazirin səhhəti necədir?

   Xəstəxanaya yerləşdirilən sabiq nazirin səhhəti necədir?
  23 May 2022    Oxunub:395
Xəbər verdiyimiz kimi, iki gün əvvəl səhər saatlarında sabiq əmək va əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yaranıb.
Yaxınlarının Qaynarinfo-ya verdiyi məlumata görə, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmiş Səlim Müslümovun səhhətindəki problem əvvəlki kimi qalmaqdadır. Hazırda sabiq nazirin vəziyyəti orta-ağır olaraq qalır.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, DTX-nin təcridxanasında saxlanılırdı.

AzVision.az

Teqlər: Nazir  







Xəbər lenti