Bayden: “Tayvanı hərbi yolla müdafiə etməyə hazırıq”

      Bayden:    “Tayvanı hərbi yolla müdafiə etməyə hazırıq”
  23 May 2022    Oxunub:1382
“Ehtiyac yaranarsa, Birləşmiş Ştatlar Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır”. AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Yaponiyanın baş naziri Fumio Kişida ilə Tokioda keçirilən danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O, müxbirin ABŞ-ın ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazır olub-olmaması sualını cavablandırarkən deyib: “Bəli, bu, üzərimizə götürdüyümüz öhdəlikdir”.

Bayden ABŞ-ın tək Çin siyasəti ilə razılaşdığını xatırladıb, lakin adanın statusunun güc yolu ilə dəyişdirilməsi ideyasının tamamilə yersiz olduğunu vurğulayıb: “Bu, Ukraynada baş verənlərə bənzər növbəti addım olacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti