Müxalifət İrəvanda metronun fəaliyyətini iflic etdi - VİDEO

   Müxalifət İrəvanda metronun fəaliyyətini iflic etdi -    VİDEO
  23 May 2022    Oxunub:1100
Ermənistan müxalifətinin “Müqavimət” hərəkatının fəalları səhər saatlarından etibarən İrəvan metrosunda etiraz aksiyaları keçirirlər. AzVision.az xəbər verir ki, “Gəncliyin səsi” tələbə hərəkatının nümayəndələri ilk olaraq metronun “Yeritasardakan” stansiyasında aksiya keçirib.
"Treysisiz Ermənistan": İrəvanda ABŞ səfiri əleyhinə aksiya keçirilib - VİDEO
Müxalif gənclər qatarların hərəkətini iflic eləmək üçün vaqonların qapıları arasında oturublar. Yerlimedia yazır ki, aksiya bir neçə dəqiqə davam edib, bundan sonra tələbələr təxribata əl ataraq Azərbaycanın Qarabağ bölgəsində mövcud olmuş keçmiş qondarma rejimin "bayraq"larını qatarlara yapşdırıblar. Lakin metropoliten əməkdaşları bu təxribatı aradan qaldırıblar. Tələbələr “Nikol xaindir!” şüarları səsləndiriblər.

Polis “Ploşad Respubliki” stansiyasına çatan aksiya iştirakçılarını bölmələrə aparıb. Aksiyada iştirak edən deputat Areqnaz Manukyan polisin onları hansı əsasla saxladığını və fəalların hara aparıldığını öyrənməyə çalışsa da, cəhdləri boşa çıxıb.

Metropolitenin mətbuat xidmətindən isə "Sputnik Ermənistan"a bildiriblər ki, metronun işi saat 09:30-dan bərpa olunub və qatarların hərəkət cədvəlində heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, müxalifət mayın 2-dən etibarən İrevanda baş nazir Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Etirazçılar yolları bağlayır, yürüşlər təşkil edərək hökumət əleyhinə radikal şüarlar səsləndirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Metro   Aksiya  





Xəbər lenti