Postmüharibə dövründə 93 min şəxsə sosial ödəniş olunub

Postmüharibə dövründə 93 min şəxsə sosial ödəniş olunub
  23 May 2022    Oxunub:380
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub.
Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibənin iştirakçıları (o cümlədən müharibə əlilləri) ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketinin bir istiqaməti də onlara sosial ödənişlərin təyinatıdır.

Postmüharibə dövründə həmin kateqoriyalara aid 93 min şəxsə aylıq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, müavinət və pensiya) təyin olunub, sosial ödəniş təyinatları üzrə ümumilikdə 104 min xidmət göstərilib.

Təyinat prosesi şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının heç bir müraciəti olmadan, elektron sistem üzərindən, proaktiv qaydada aparılıb.

Sosial ödənişlər avtomatik təyin olunduqdan sonra həmin şəxslərə bu barədə, həmçinin ödəniş kartlarını nə zaman və hansı bankdan əldə edəcəklərinə dair məlumat göndərilib.

AzVision.az

Teqlər:







Xəbər lenti