"Levis" də Rusiya bazarını tərk etdi

 "Levis"  də Rusiya bazarını tərk etdi
  23 May 2022    Oxunub:400
Amerikanın tanınmış geyim istehsalçısı, xüsusən də cins şalvarları ilə tanınan "Levi Strauss" (Levis) Rusiya bazarını tərk etmək qərarına gəlib. AzVision.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
"Lamborghini" də Rusiya bazarındakı fəaliyyətini dayandırdı
Nəşr yazır ki, əsasən cins geyimlərin istehsalı və satışı şəbəkəsini qurmuş "Levi Strauss & Co" 29 illik fəaliyyətindən sonra Rusiyada fəaliyyət göstərməyəcək.

"Şirkət malların çatdırılmasını dayandırıb və pərakəndə biznes üçün alıcılar axtarır", - məqalədə yazılıb.

Qeyd edək ki, Rusiya Ukraynaya hücum etdikdən sonra əksər Qəlb ölkələri tərəfindən boykotla üz-üzə qaldı. İqtisadi və diplomatik sferada Moskvaya qarşı təzyiqlər göstərilir, bir sıra brend və nəhəng şirkətlər Rusiya bazarını tərk edirlər.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Rusiya  







Xəbər lenti