Slovakiyanın 104 günlük nefti qalıb

   Slovakiyanın 104 günlük nefti qalıb
  23 May 2022    Oxunub:396
Slovakiyanın neft ehtiyatları 104 gün, təbii qaz ehtiyatları isə bir ay müddətinə bəs edəcək qədər qalıb.
Bu barədə Slovakiya Neft və Qaz Assosiasiyasının icraçı direktoru Riçard Kvasnevski bildirib. Onun sözlərinə görə, ümumi həcmi 3,5 milyard kubmetr olan Slovakiyanın yeraltı qaz anbarları hazırda 25% doludur. Qaz anbarları kommersiya şirkətlərinə məxsusdur və bu, dövlətin onların işinə təsir imkanlarını məhdudlaşdırır.

Qeyd edək ki, Slovakiya respublikanın istehlak etdiyi qazın ən azı 85%-ni Rusiya Federasiyasından alır. Gələcəkdə ABŞ-dan, Fars körfəzi ölkələrindən və ya Norveçdən qaz tədarükü mümkün əvəzedici rolunu oynaya bilər. Respublika artıq maye qazla dolu iki tanker alıb. Bununla belə, bu növ enerji resursunun dəyərinə və ölkəyə çatdırılması xərclərinə əsaslanaraq, bu seçim mövcud sxemdən xeyli bahadır.

AzVision.az

Teqlər: Slovakiya  







Xəbər lenti