"Bizi müharibə də ayıra bilməz" - Zelenskinin xanımı

   "Bizi müharibə də ayıra bilməz" -    Zelenskinin xanımı
  22 May 2022    Oxunub:980
"Mən deyə bilmərəm ki, Volodimir müharibə başlayandan dəyişib. O, əvvəllər etibarlı ər və etibarlı adam idi. O, elə də qaldı". AzVision.az xəbər verir ki, bunu televiziyaya müsahibəsi zamanı Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib.
O, bildirib ki, həyat yoldaşının baxış bucağı, düşüncə tərzi heç vaxt dəyişməyib.

Ukraynada müharibə başlayandan sonra cütlük ikinci dəfədir ki, birgə görüntülənib. Yelena müsahibəsi zamanı bildirib ki, iki ay yarımdır ki, həyat yoldaşını görmür. Ancaq buna rəğmən müharibə belə onları ayıra bilməyəcək.

Qeyd edək ki, müharibə başlayandan sonra 44 yaşlı Yelena 9 və 17 yaşlı övladları ilə birlikdə sığınacaqda qalır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti