Bu abituriyentlər ikinci dəfə imtahana buraxılmayacaq - DİM
DİM rəsmisi bildirib ki, bunlar buraxılış rejimi zamanı və imtahan prosesində olan problemlərdir:
"Buraxılış rejimində abituriyentlərin təqdim etdikləri sənədlərdə çatışmazlıqlar olur. İki gün ərzində imtahan binasına mobil telefon gətirmiş 13 nəfər müəyyən olunub. Onların imtahan nəticələri ləğv edilib. Onların ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq".
Xatırladaq ki, mayın 21-də III ixtisas qrupu, mayın 22-də II ixtisas qrupu üzrə qəbul, eləcə də III ixtisas qrupunda DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənnindən imtahanlar keçirilib.
AzVision.az
Teqlər: