“Bizə bu silahı verin, qalanını özümüz edəcəyik” - Podolyak

   “Bizə bu silahı verin, qalanını özümüz edəcəyik” -    Podolyak
  22 May 2022    Oxunub:907
Qara dənizin blokadadan çıxarılması üçün Ukraynaya ABŞ-ın MLRS reaktiv yaylım atəş sistemləri lazımdır.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Qida çatışmazlığı səbəbindən 1,6 milyard insan qidasız qala bilər. Bahalaşma səbəbindən yüz milyonlarla insan yoxsulluq həddinin altına düşəcək. “Ekonomist” dünyanı Qara dənizdə beynəlxalq ərzaq karvanları ilə bağlı Ukrayna və Rusiya ilə razılaşmağa dəvət edir. Yüz milyonlarla insanı girov götürmüş ölkə ilə bazarlıq etmək? Bizim daha yaxşı ideyamız var: dünya Qara dənizin blokadasını açmaq üçün MLRS sistemlərinin və digər zəruri silahların Ukraynaya verilməsi ilə bağlı razılığa gəlməlidir. Qalan hər şeyi özümüz edəcəyik”, - deyə Podolyak bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti