Tələbələri aparan avtobus qəza etdi - Ölən var
Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Qəza zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib. Yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb. Onlardan 5-nin vəziyyəti ağırdır.
Qəzanın başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: