Medvedçuk "Azov”çularla dəyişdirilə bilər

Medvedçuk "Azov”çularla dəyişdirilə bilər
  21 May 2022    Oxunub:1156
Rusiya Prezidenti Vladimir Putinin qızlarının xaç atası və hazırda fəaliyyətini dayandırmış Müxalifət Platforması - Həyat Naminə Partiyasından olan ukraynalı deputat Viktor Medvedçukun ukraynalı əsirlərlə dəyişdirilməsi imkanı nəzərdən keçirilir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

“Medvedçukun “Azov”çularla dəyişdirilməsi imkanlarını öyrənəcəyik”, - Slutski qeyd edib.

AzVision.az



Teqlər: Medvedçuk  





Xəbər lenti