Avstraliyada yeni baş nazir seçilib

Avstraliyada yeni baş nazir seçilib
  21 May 2022    Oxunub:1230
Avstraliyada federal parlament seçkilərində qalib gələn İşçi Partiyasının lideri Antoni Albaneze səslərin hesablanmasına görə avtomatik olaraq ölkənin yeni, 31-ci baş naziri olub.
AzVision.az bu barədə ABC telekanalına istinadən xəbər verir.

59 yaşlı siyasi lider əvvəllər əsasən müxalifətdə olub. 26 illik siyasi karyerasında o, 2007-ci ildə leyboristlər qısa müddətə hakimiyyətə gələndə altı il Avstraliya hökumətində çalışıb. Sonra o, infrastruktur və nəqliyyat naziri olub. 2013-cü ildə isə Albaneze baş nazirin müavini təyin edilib.

AzVision.az



Teqlər: Avstraliya   Baş-Nazir  





Xəbər lenti