Ərdoğan və Stoltenberq arasında telefon danışığı olub

   Ərdoğan və Stoltenberq arasında telefon danışığı olub
  21 May 2022    Oxunub:386
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan Türkiyənin NATO-nun "açıq qapı" siyasətini səmimi şəkildə dəstəklədiyini deyib.

Türkiyə lideri bildirib ki, İsveç və Finlandiya Türkiyə ilə fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə həmrəy olacaqlarını açıq şəkildə göstərməsələr, bu ölkələr NATO üzvlüyünə müsbət yanaşmayacaqlar.

AzVision.az

Teqlər: Ərdoğan   Stoltenberq  







Xəbər lenti