Qırğızıstan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

  Qırğızıstan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
  21 May 2022    Oxunub:1261
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi qırğız xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasındakı çoxəsrlik dostluq, strateji tərəfdaşlıq münasibətləri və qarşılıqlı dəstək bundan sonra da inkişaf edəcək və xalqlarımızın maraqlarına uyğun yeni üfüqlər açacaqdır.

Məmnuniyyətlə qeyd edirəm ki, bu il dövlətlərarası münasibətlərimizin təməli rolunu oynayan, 1997-ci il aprelin 23-də Bakıda imzalanmış dostluq və əməkdaşlıq haqqında Sazişin 25-ci ildönümü ilə əlamətdardır.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

AzVision.az



Teqlər: Caparov   Japarov  





Xəbər lenti