Səlim Müslümov müalicə müəssisəsinə köçürülüb

   Səlim Müslümov müalicə müəssisəsinə köçürülüb
  21 May 2022    Oxunub:1140
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problem yaranıb.
İlkin müayinədən sonra sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb.

Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (APA)

AzVision.az




Teqlər:





Xəbər lenti