Səfir Türkiyədəki qazilərlə görüşdü

Səfir Türkiyədəki qazilərlə görüşdü
  21 May 2022    Oxunub:931
Azərbaycanın Ankaradakı səfirliyində Türkiyənin Müharibə Qaziləri dərnəyinin dəvəti və ölkəmizdə fəaliyyət göstərən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qardaş ölkəyə səfər edən qazilərimizlə görüş keçirilib.
Türkiyədəki səfirliyimizdən AzVision.az -a verilən məlumata görə, diplomatların, səfirlik nəzdindəki Hərbi attaşelik aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharibə Qaziləri Dərnəyinin və Təqaüddə olan Gizirlər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə səfir Rəşad Məmmədov qaziləri salamlayaraq, onların 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək olduğunu ifadə edib.

Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan, xalqımızın tərənnüm etdiyi sonsuz ehtiramdan bəhs edən səfir bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini xatırladaraq bildirib ki, türk həkimləri onlara xüsusi qayğı göstəriblər. Hər zaman Azərbaycanla çiyin-çiyinə olan qardaş türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyi əsl insanlıq nümunəsidir.

Səmimi şəraitdə keçən görüşdə qazilər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını, hər zaman Vətənin keşiyində qalmağa hazır olduqlarını ifadə ediblər.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti