Zelenski hərbçilərin "Azovstal"dan təxliyəsi barədə danışdı

   Zelenski hərbçilərin "Azovstal"dan təxliyəsi barədə danışdı
  21 May 2022    Oxunub:1300
Ukrayna Prezidenti Volodimir Zelenski "Azovstal" zavodundan ukraynalı hərbçilərin təxliyəsi prosesini şərh edib. O, jurnalistlərə müsahibəsində deyib ki, onlar döyüşçüləri evlərinə qaytarmağı planlaşdırırlar.
- Tamamilə qəhrəman insanlardır. Xüsusi vurğulamaq istəyirəm ki, orada 400 sərhədçi, çoxlu sayda Milli Qvardiyaçı, desant, hətta Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələri, həkimlər, sadə insanlar da var. Çoxlu qəhrəman insanlar var... Onlar Mariupolu müdafiə ediblər. Xeyli sayda pilotumuz qəhrəmancasına həlak olub, - Prezident deyib.

Onun sözlərinə görə, bütün mülki şəxslər, həkimlər, yaralılar zavodun ərazisindən çıxarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti