Bayden Kim Çen Inla görüşməyə hazırdır

   Bayden Kim Çen Inla görüşməyə hazırdır
  21 May 2022    Oxunub:1022
ABŞ Prezidenti Cozef Bayden Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşməyə hazırdır.
AzVision.az xəbər verir ki, bunu ABŞ lideri Seulda deyib. Onun sözlərinə görə, Cənubi Koreya və ABŞ KXDR-i dialoqa və real nüvəsizləşdirməyə qayıtmağa çağırır. “Cənubi Koreya və ABŞ arasında birlik qarşılıqlı fədakarlıqlar üzərində qurulub. Bu gün bizim əməkdaşlığımız bütün dünya üçün lazımdır”.

O qeyd edib ki, ABŞ-Cənubi Koreya alyansı KXDR-i özündə ehtiva edən azad Hind-Sakit okean regionunun qurulması və hərbi güc vasitəsilə sərhəd dəyişikliyinin qarşısının alınması naminə əməkdaşlığa əsaslanır.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: ABŞ   KXDR  





Xəbər lenti