Yeni virusu kimlər daha ağır keçirdə bilər? - ÜST açıqladı

   Yeni virusu kimlər daha ağır keçirdə bilər? -    ÜST açıqladı
  20 May 2022    Oxunub:661
"Ən azı səkkiz Avropa ölkəsində "meymun çiçəyi" virusuna yoluxma halları qeydə alınıb"
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge deyib. O qeyd edib ki, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniya "meymun çiçəyi" xəstəliyinə yoluxma halları barədə məlumat veriblər. Eyni zamanda Avstraliya, Kanada və ABŞ-da xəstəliyə yoluxma qeydə alınıb. O, bu halları atipik adlandırıb, çünki yoluxan təkcə bir nəfər "meymun çiçəyi"nin endemik olduğu Qərbi və ya Mərkəzi Afrika bölgəsinə gedib:

Kluge bildirib ki, virusun Avropada və ondan kənar coğrafi ərazidə yayılması ona yoluxanlarının bir müddət olacağını göstərir:

"Qeydə alınan infeksiyaların əksəriyyəti hələ də yüngül formadadır. Lakin xəstəlik xüsusilə azyaşlı uşaqlarda, hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda daha ağır keçə bilər".

AzVision.az

Teqlər:







Xəbər lenti