Rusiyada xarici valyuta satışına icazə verildi

   Rusiyada xarici valyuta satışına icazə verildi
  19 May 2022    Oxunub:945
Mayın 20-dən Rusiya bankları avro və dollar istisna olmaqla, fiziki şəxslərə nağd xarici valyutanı məhdudiyyətsiz sata bilər. Onlar üçün xüsusi satış proseduru sentyabrın 9-dək davam edəcək. Bu barədə Rusiya Bankının mətbuat xidməti məlumat yayıb.
“2022-ci il mayın 20-dən etibarən banklar ABŞ dolları və avro istisna olmaqla istənilən nağd xarici valyutanı vətəndaşlara məhdudiyyətsiz sata biləcək. Nağd ABŞ dolları və avronun satışı ilə bağlı mövcud məhdudiyyətlər qalır. 9 sentyabr 2022-ci il tarixinədək vətəndaşlar yalnız 2022-ci il aprelin 9-dan etibarən bankların kassalarına daxil olan ABŞ dolları və avronu ala bilərlər",- məlumatda deylir. Əvvəllər bu məhdudiyyətlər bütün nağd valyuta növlərinə şamil edilirdi.

“ABŞ dolları və avrodan başqa digər valyutanın məhdudiyyətsiz satışına icazə banklarda xarici əskinasların qalıqlarının olması ilə bağlıdır”, - deyə əlavə edilib.

Xatırladaq ki, martın 9-da Rusiyada tətbiq edilən sanksiyalara görə valyuta satışına bəzi qadağalar və məhdudiyyətlər qoyulub.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti