Si Cinpin: “Beynəlxalq vəziyyətdə qeyri-sabitlik artır”

      Si Cinpin:    “Beynəlxalq vəziyyətdə qeyri-sabitlik artır”
  19 May 2022    Oxunub:785
“BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qarışıqlıq dövründə beynəlxalq münasibətlərin sabitliyinə töhfə verməlidir”.
AzVision.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib. Onun sözlərinə görə, turbulentlik və köklü dəyişikliklər dövründən keçən beynəlxalq münasibətlərə sabitlik və müsbət enerji daxil etmək lazımdır.

“Beynəlxalq ictimaiyyətin müsbət və konstruktiv qüvvəsi kimi BRİKS ölkələri dinc inkişafı təşviq etmək, qərəzsizliyi və ədaləti müdafiə etmək, demokratiya və azadlığı qorumaq, təlatümlü və köklü şəkildə dəyişən beynəlxalq münasibətlərə sabitlik və müsbət enerji gətirmək üçün əməli addımlar atmalıdır”.

Si Cinpin hazırkı dünya vəziyyətində qeyri-sabitlik və qeyri-müəyyənlik amillərinin artdığını qeyd edib. “Hazırda dünyəvi dəyişikliklərin və bir əsrdə görünməmiş epidemiyanın təsiri altında beynəlxalq vəziyyətdə qeyri-sabitlik, qeyri-müəyyənlik və təhlükəsizliyin təmin olunmaması amilləri günü-gündən artır”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti