"Xarkovda 23 yaşayış məntəqəsini azad etmişik" - Ukraynalı general

   "Xarkovda 23 yaşayış məntəqəsini azad etmişik" -    Ukraynalı general
  19 May 2022    Oxunub:1175
Ukrayna Ordusu mayın 5-dən Xarkov istiqamətində 23 yaşayış məntəqəsini azad edib.
AzVision.az xəbər verir ki, bu barədə briqada generalı, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov brifinqdə məlumat verib.

- Düşmən atışları gücləndirib, qoşunlarımızın hücumunu və Ukraynanın dövlət sərhədinə çıxışını dəf etməyə çalışır, - general deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti