Ukraynada terror hazırlayan eks-deputatın qardaşı saxlanıldı - VİDEO

   Ukraynada terror hazırlayan eks-deputatın qardaşı saxlanıldı -   VİDEO
  19 May 2022    Oxunub:350
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları keçmiş deputat Oleq Çarevin qardaşını saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, şərq vilayətlərində təxribat təşkil etmək istəyərkən saxlanılıb.

"Novorossiya”nın təşəbbüskarı və eks-prezident Viktor Yanukoviçin müttəfiqi xain keçmiş deputatın qardaşı Dnepropetrovsk vilayətində təxribat fəaliyyətləri təşkil etməyə cəhd edib. O, Rusiyanın tezliklə qələbə çalacağına əmin olub və bölgənin işğalını, vəd edilmiş regional dövlət administrasiyanın rəhbəri postunu tutacağını gözləyirmiş. Planları baş tutmayanda o stabilliyi pozmağa yönəlik tapşırıqlar alıb. Bura müəyyən strukturlarda partlayışlar törətmək də daxil imiş", - yerli saytlar yazır.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı silah və sursatlar, trotil bombaları, Rusiya vətəndaşının bank kartları və pasportları aşkar ediblər.

İstintaqın məlumatına görə, həmin şəxs inqilabdan bəri Dneprdə yaşayıb və Rusiyada gizlənən qardaşı ilə əlaqə saxlayırmış.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti