Erməni jurnalist deputatla dalaşdı - VİDEO

   Erməni jurnalist deputatla dalaşdı -    VİDEO
  19 May 2022    Oxunub:420
Ermənistanda jurnalistlə deputat arasında insident yaranıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İrəvanda polislə müxalifətçilər arasında dava düşdü - VİDEO
Bildirilir ki, bu gün İrəvanda keçirilən mitinq zamanı "Araratnews.am"ın müxbiri Nane İsraelyanla "Hayastan"ı təmsil edən deputat Aqnessa Hamoyan arasında dava düşüb. Hamoyan sosial şəbəkələrdə jurnalistin onun üzərinə əsəbi şəkildə su atdığını deyib və bununla bağlı videonu da paylaşıb.

Paylaşımda qeyd edilir ki, hakimiyyət deputat Xaçatur Sukiasyanın simasında təxribatlara əl atır. Çünki həmin şəxsə bağlı media orqanının jurnalisti vaxtaşırı təxribat məqsədilə müxalifətin tədbir və mitinqlərinə göndərilir.

- Bu gün İsraelyan mənimlə söhbətində təxribatının baş tutmadığını anlayıb həyəcanlandı. Mən ona su təklif edəndə o su şüşəsini üzərimə atmaq istədi. Onu yenidən sakitləşdirmək istəyəndə ancaq Sukiasyanın "Sil" şirkətinin suyunu içdiyini dedi, - Xamoyan yazıb.


Tural Tağıyev
AzVision.az

Teqlər:   Deputat   Ermənistan   Jurnalist  







Xəbər lenti